Marshmallow ( zefir ) ilə şəkər xəmiri resepti



Ərzaqlar
Aşağıdakı ölçülərdən olduqca çox şəkər xəmiri əldə edilir.Yarısından isə rahatlıqla tortun üstünü bağlayıb bəzəmək olar.

450 qram Marshmallow ( 7 su stəkanı zefir)

4 yemək qaşığı su

900 qram şəkər pudrası

1 çimdik duz

.

Hazırlanması

Zefirləri geniş yapışmayan qaba( şüşə, teflon) tökün. Sobada hər dəfəsində sadəcə 20 – 30 saniyə qalmaq şərti ilə zefirləri əridin.

1. Hər dəfəsində qabı çölə çıxardib yaxşı qarışdırıb və təkrar sobaya qoyun, bu şəkildə təxminən 2 dəqiqəyə zefirlər içində əriyəcəkdir.Soba çox isti olmamalıdır.

2. Əriyən zefirlərin su duz və pudra şəkərinın yarısını töküb əvvəlcə qaşıq yardımı ilə qarışdırırıq , sonra pudra şəkərini az-az tökə tökə yoğurmağa başlayırıq.Hər dəfəsində şəkər xəmirinə ehtiyacı qədər şəkər pudrası əlavə edirik.Xəmir əlinizə yapışmayacaq və yumşaq şəkilə gələnə qədər yoğrulacaq.

3. Ən son top halına gətirdiyimiz xəmirin üzərinə bir az bitki yağı sürtün, plastik streç ilə bağlayın, 1 gün otaq şəraitində saxlayın.Otaq şəraitində 1 neçə gündə saxlamaq olar.

4. Şəkər xəmirini istifadə etməzdən əvvəl yaxşı yaxşı masaj ede – ede yoğurun

Leave a Reply

.

ƏN ÇOX OXUNANLAR

BU GÜN ƏN ÇOX OXUNANLAR

.

.

Copyright © 2014 Metbex.Quqqu.Com