Zavarnoy krem(bişmiş krem)



Ərzaq:Mən hazırlamişam çox gözəl alınıb….Nuş olsun

2 yumurta

2 çaşka şəkər tozu

3 xörək qaşığı un

2çaşka süd və ya su

300 q yumşaldılmış kərə yağı

1 paçka vanel

Hazırlanması:

Əvvəlcə 2 yumurta, 2 çaşka şəkər tozu bunlari bir çuqun qazanda taxta qaşıqla yavaş-yavaş qarışdırırıq.Sonra 3 xörək qaşığı unda əlavə edib yenə də taxta qaşıqla qarışdırırıq.Sonra bura 2 çaşka süd və ya su əlavə eləyib zəif odun üstündə taxta qaşıqla qarısıra qarışdıra bişiririk (yalniz davamlı qarışdırılmalıdı.Çunki dibi yana bilər).bişəndə bərk hala gəlməlidi,bişəndən sonra soyumağa qoyun.soyuyandan sonra 1 paçka vanel, 300 qram yağ əlavə edib mikserlə qarışdırırıq.

Leave a Reply

.

ƏN ÇOX OXUNANLAR

BU GÜN ƏN ÇOX OXUNANLAR

.

.

Copyright © 2014 Metbex.Quqqu.Com