Toyuq ciyəri qovurması



Bu kahı və ya kələm yarpağında daha dadlı olur

Tərkibi:

400 qram toyuğun qaraciyəri
1 ədəd soğan
1 ədəd kök
2-3 ədəd yumurta
Kahı yarpaqları
2-3 ədəd marinadaya qoyulmuş xiyar
mayonez
duz
yeni döyülmüş istiot

Hazırlanma qaydası:

Toyuğun qaraciyərini yuyub, təmizləyərək  2 dəqiqə ərzində bitki yağında yüksək odda qızardın. Sonra üzərinə duz və istiot səpin. Tavanın qapağını örtərək, 8-10 dəqiqə ərzində zəif odda bişirin.
Bişmiş toyuğun qaraciyərini soyudub, xırda-xırda doğrayın.
Xiyarı nazik dilimlərlə doğrayın.
Kökü təmizləyib, sürtkəcin iri gözündən keçirin.
Bişmiş yumurtaları xırda kub şəklində doğrayın.
Soğanı xırdalayıb, köklə qarışdıraraq, bitki yağında qovurun. Duz səpməyi unutmayın.
Boşqabda bişmiş qaraciyəri, soğan, kök, xiyar və yumurtaları qarışdırın. Üzərinə zövgə görə duz, istiot, mayonez əlavə edin və yenidən qarışdırın.
Kahı yarpaqlarını yuyub, qurulayaraq, üzərinə hazırladığınız toyuq içalatını əlavə edin.
Süfrəyə verərkən, göyərti və bolqar bibəri ilə bəzəyin.
Nuş olsun!

www.itv.az

Leave a Reply

.

ƏN ÇOX OXUNANLAR

BU GÜN ƏN ÇOX OXUNANLAR

.

.

Copyright © 2014 Metbex.Quqqu.Com